Bakı. Trend:
“Hyundai” avtokonserninə məxsus “Boston Dynamics” şirkətiLas-Veqasda keçirilən CES 2026 sərgisində ilk dəfə “Atlas” adlıinsanabənzər robotunu nümayiş etdirib.
Trend xəbər verirki, bu barədə 1news.co.nz məlumat yayıb.
Məlumata görə, təqdimat zamanı “Atlas” müstəqil şəkildə yerindənqalxıb, səhnədə rahatlıqla addımlayıb, tamaşaçılara əl edib,həmçinin gövdəsini və başını sərbəst şəkildə hərəkət etdirə bilib.Robot uzaqdan mühəndis tərəfindən idarə olunsa da, real işşəraitində “Atlas”ın müstəqil şəkildə yeriyəcəyi və ona tapşırılanfunksiyaları yerinə yetirəcəyi bildirilir.
Qeyd olunur ki, “Atlas” əsasən sənaye sahəsində istifadə üçünnəzərdə tutulub. Gözləntilərə əsasən, 2028-ci ildən etibarən robotABŞ-ın Corciya ştatında yerləşən “Hyundai” avtomobil zavodundaelektromobil istehsal prosesinə yardım edəcək.