AZ

Şəhid ailəsi Yeni ili yeni mənzildə qarşıladı

Xalqımız və dövlətimiz böyük Zəfərin sevincini bizə  doya-doya yaşadan, canları bahasına ərazi bütövlüyümüzü təmin edən, mübarək adlarını tarixə qızıl hərflərlə yazan şəhidlərin xatirəsini hər zaman uca tutur, məhəbbət və ehtiramla xatırlayır. 

Prezident İlham Əliyev şəhid ailələrinə qayğı və diqqətin dövlətin sosial siyasətində prioritet istiqamət olduğunu dəfələrlə bəyan etmiş, bu siyasətin uğurla həyata keçirilməsi üçün əlaqədar qurumlara konkret tapşırıq və tövsiyələr vermişdir. Bu istiqamətdə Mingəçevir şəhərində görülən işlər məmnunluq doğurur.

Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov şəhid Əli Nəsib oğlu Rzayevin anası Kamilə xanıma yeni mənzilin açarını təqdim etmişdir. Şəhərin M.Rəsulzadə küçəsindəki binada yerləşən təmirli mənzil istilik sistemi ilə təmin olunub, lazımi avadanlıq və mebellə təchiz edilib. İ.İsmayılov yeni mənzilin ilk qonağı olaraq Kamilə xanımı təbrik etmiş, ona xoş arzularını çatdırmışdır. Məişət rahatlığına qovuşan Kamilə xanım əhatə olunduqları qayğı və diqqətə görə dövlətimizə, onun rəhbərliyinə minnətdarlığını bildirmişdir.

Lazım QULİYEV,

"Azərbaycan"

Seçilən
41
azerbaijan-news.az

1Mənbələr