AZ

Xırdalanda ruh kimi gəzən sürücü maşının bütün işıqlarını söndürdü VİDEO

Avtosfer portalından alınan məlumata görə, ain.az xəbər verir.

Xırdalanda yol hərəkəti qaydasını pozan sürücünün videosunu oxuculardan biri qeydə alaraq redaksiyamızın qaynar xəttinə göndərib. Avtosfer.az xəbər verir ki, hadisə Xəlil Rza Ulutürk küçəsində qeydə alınıb. Belə ki, 77-EG-551 dövlət qeydiyyat nişanlı “Ford” markalı avtomobilin sürücüsü günün qaranlıq saatlarında işıqları tam söndürülmüş vəziyyətdə hərəkət edib. Görüntünü qeydə alan oxucu bildirir ki, avtomobilin yolda hərəkətdə olduğunu yalnız son anda anlayıb. Çünki işıq cihazları yanmadığından nəqliyyat vasitəsi kənarda dayanmış avtomobil kimi görünürmüş.

Qeyd edək ki, yol hərəkəti qaydalarına əsasən, sutkanın qaranlıq vaxtında avtomobilin yaxın vuran işıqları mütləq şəkildə yandırılmalıdır. Bu tələbin yerinə yetirilməməsi sürücünün işıq cihazlarından istifadə qaydasını pozması kimi qiymətləndirilir.

Fərid

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
46
avtosfer.az

1Mənbələr