Ağ Evin mətbuat katibi Karolin Livitt Prezident Donald Trampın Qrenlandiyanın ABŞ üçün strateji əhəmiyyətini vurğuladığını bildirib.
Missiya.Az xarici mediaya istinadən xəbər verir ki, bu barədə o çıxışı zamanı danışıb.
Livitt deyib ki, Tramp Qrenlandiyanın ABŞ-nin milli təhlükəsizliyi üçün prioritet olduğunu və Arktikada rəqiblərin qarşısının alınmasında mühüm rol oynadığını açıq şəkildə bəyan edib. Onun sözlərinə görə, bu məqsədə çatmaq üçün müxtəlif variantlar, o cümlədən hərbi seçim də müzakirə olunur və ABŞ ordusundan istifadə prezidentin səlahiyyətləri çərçivəsindədir.
Qeyd edək ki, Donald Tramp daha əvvəl Qrenlandiyanın ABŞ üçün vacib olduğunu və adanın ABŞ-nin bir hissəsi olmalı olduğunu bildirmişdi.
Bu açıqlamalar Danimarka və Qrenlandiya hökumətlərinin narazılığına səbəb olub. Danimarkanın Baş naziri Mette Frederiksen ABŞ-nin Qrenlandiyanı ilhaq etmək hüququnun olmadığını vurğulayıb. Qrenlandiyanın Baş naziri Yens-Frederik Nilsen isə Trampın fikirlərini hörmətsizlik adlandırıb.
Seyranə QuliyevaMissiya.Az