Vətəninfo.az xəbər verir ki, İsrailin Diaspora İşləri Naziri Amiçay Çikli, i24 News-a verdiyi müsahibəsində, Türkiyənin artıq İsrailin tərəfdaşı sayılmayacağını və “düşmən dövlət” kimi qəbul edilməsi lazım olduğunu bildirib. Çikli, İsrail və Türkiyə arasında diplomatik əlaqələrin tamamilə kəsilməsini tələb edib və Türkiyə hərbi qüvvələrinin Qəzzada mövcudluğunun, İsrailin Müdafiə Qüvvələri ilə Türkiyə Silahlı Qüvvələri arasında birbaşa qarşıdurmaya yol aça biləcəyini vurğulayıb.
Nazirin sözlərinə görə, Yaxın Şərqdə iki sünni blok formalaşıb: biri, Türkiyə, Qətər və Suriyanın mövcud hakimiyyətlərinin bir araya gəldiyi radikal islamçı blok, digəri isə Bəhreyn, Mərakeş, Birləşmiş Ərəb Əmirlikləri, Misir və İordaniya kimi ölkələrin rəhbərlik etdiyi daha mülayim blokdur.
Çikli, Türkiyənin hal-hazırda regional sabitliyi təhdid edən “radikal blok”da yer aldığını qeyd edib.