
Müşfiq Ocağında keçirilən ənənəvi tədbirdə ölkənin müxtəlif bölgələrindən gələn poeziya həvəskarları bir araya gəlib.Bu gün Xızı rayonundakı "Müşfiq Ocağı"nda görkəmli şair Mikayıl Müşfiqin anım günü münasibətilə ənənəvi tədbir keçirilib. Xızı rayon ictimaiyyətinin və respublikanın müxtəlif bölgələrindən gəlmiş Müşfiqsevərlərin iştirak etdiyi mərasimdə böyük sənətkarın irsi bir daha ehtiramla yad olunub.Ulusum.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan şair, Prezident təqaüdçüsü Ofelya Babayeva M.Müşfiqin zəngin yaradıcılığından və Azərbaycan ədəbiyyatındakı əvəzsiz rolundan bəhs edib. Azərbaycan Yazıçılar Birliyinin poeziya bölməsinin rəhbəri, şair İbrahim İlyaslı çıxışında Müşfiq poeziyasının hər zaman oxucu sevgisi qazandığını və unudulmaz olduğunu vurğulayıb.Abşeron-Xızı Regional Mədəniyyət idarəsinin nümayəndəsi Möhsün Bağırov isə xızılıların öz həmyerlilərinə bəslədiyi böyük məhəbbətdən danışaraq, tədbir iştirakçılarına təşəkkürünü bildirib.Sonda iştirakçılar şairin abidəsi önünə tər çiçəklərdən ibarət çələnglər düzərək onun ruhuna dərin ehtiramlarını nümayiş etdiriblər.




R.Daşdəmirova
Diqqət Çəkənlər
Nar Qovurması
Ədliyyə Nazirliyinin baş idarələrindən birinə yeni rəis təyin olunub
Arvadını uşaqlarının gözü qarşısında bıçaqlayan şəxslə bağlı QƏRAR