Moskvaya casusluq etdiyinə görə Amerika həbsxanasında ömürlük həbs cəzası çəkən Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş əks-kəşfiyyat zabiti Oldriç Eyms vəfat edib.
Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə ABŞ Həbsxanalar Bürosu məlumat yayıb.
Bildirilir ki, Eyms 5 yanvar 2026-cı ildə vəfat edib. Onun 84 yaşı olub.
Qeyd edək ki, Oldriç Eyms sovetlərə çoxlu sayda gizli sənəd satıb. Ondan əldə edilən məlumatlar SSRİ və Rusiyada çoxsaylı MKİ agentlərinin həbs olunmasına və 100-dən çox ABŞ kəşfiyyat əməliyyatının uğursuzluğuna səbəb olub.
28 aprel 1994-cü ildə casus ömürlük həbs cəzasına məhkum edilib. O, cəzasını İndiana ştatındakı Terre Haute Maksimum Təhlükəsizlik Həbsxanasında çəkib.