ain.az, 525.az portalına istinadən məlumatı açıqlayır.
Xəbər verdiyimiz kimiŞ bu ildən “ƏDV geri al” mexanizmi bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlərə də şamil olunacaq. Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Vergi Məcəlləsinə dəyişiklikdə əksini tapıb.
Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlərə görə ödənilmiş ƏDV-nin qaytarılması qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edəcək.
Məsələyə münasibət bildirən iqtisadçı ekspert Razi Abasbəyli 525.az-a deyib ki, “ƏDV geri al” mexanizmi bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlərə də şamil olunması nağdsız əməliyyatların stimullaşdırılması deməkdir. Digər tərəfdən istehlakçıların gəlirlərinə müəyyən mənada qənaət etməkdir:
“Bu xidmət sektorunda "ƏDV geri al" mexanuzminin tətbiqi vergi uçotunun aparılması və şəffaflıq təmin ediləcək. Yeni qayda sahibkarlar qarşısında nağdsız alış-verişlərin həyata keçirilməsi öhdəliyi qoyur. Bunun üçün POST terminallar alınmalı, sahibkarlar vergi uçotuna durmalı, və. s. Burada eyni zamanda hüquqi baza da yaranır”.
Sevinc Qarayeva
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.