AZ

Hələbdə toqquşmalar şiddətlənib

Yerli mətbuatın yaydığı məlumata əsasən, hökumət Hələbə ağır artilleriya və tanklar göndərib. Separatçılarla atışma əsasən Şeyx Məqsud və Əşrəfiyyə məhəllələrində meydana gəlir. Toqquşmalar fonunda Hələb qubernatorunun əmrinə əsasən, şəhərdəki hava limanı, habelə bütün dövlət və təhsil müəssisələri fəaliyyətini dayandırıb, hər cür ictimai yığıncaq yasaqlanıb.

Təsdiqlənməmiş məlumata görə, toqquşmalar nəticəsində həm yaraqlılardan, həm də mülki əhalidən ölən və yaralananlar var. Adıçəkilən məhəllələrin sakinləri təhlükəsiz yerlərə qaçmağa çalışırlar.

Xatırladaq ki, 2025-ci ilin dekabr ayının 22-də Türkiyə nümayəndə heyətinin: xarici işlər naziri Hakan Fidan, kəşfiyyat rəhbəri İbrahim Qalın və müdafiə naziri Yaşar Gülərin paytaxt Dəməşqə səfəri nəticəsində Hələbdə vəziyyət gərginləşib. 2025-ci ilin 10 martında Suriyanın keçid hökumətinin Prezidenti Əhməd Əl-Şərəə ilə separatçıların komandiri Məzlum Əbdi arasında qüvvələrin birləşdirilməsinə dair razılaşma imzalanıbsa da, bu istiqamətdə hər hansı konkret addım atılmayıb.

Firudin Həmidli
AzVision.az
Seçilən
33
2
azvision.az

3Mənbələr