AZ

Ötən il fermerlərə dəymiş zərərə görə 9 milyon manatdan çox sığorta ödənişi edilib

Bakı. Trend:

2025-ci ildə ölkənin müxtəlif ərazilərində fəaliyyət göstərənfermer təsərrüfatlarına 9 milyon 147 min manat məbləğində aqrarsığorta ödənişi həyata keçirilib.

Kənd Təsərrüfatı Nazirliyindən Trend-ə verilən məlumata görə, bu göstəriciəvvəlki ildə həyata keçirilmiş ödənişlərlə müqayisədə 2,7 milyonmanat və ya 43 faiz çoxdur.

Bildirilib ki, 2025-ci ildə həyata keçirilən sığortaödənişlərinin 8 milyon 753 min manatı bitkiçilik, 394 min manatıisə heyvandarlıq sığortasının payına düşüb. Bu il ödənişlərin əsashissəsi şaftalı, nektarin, badam bağlarına, eləcə də taxıl,qarğıdalı və digər əkinlərə aid olub.

Ümumilikdə, 2020-ci ildə fəaliyyətə başlayan Aqrar Sığorta Fondutərəfindən indiyədək 22,6 milyon manat sığorta ödənişi həyatakeçirilib.

Fond fermerlərə və təsərrüfatlara 2021-ci ildə 200 min manat,2022-ci ildə 2,4 milyon manat, 2023-cü ildə 4,4 milyon manat,2024-cü ildə isə 6,4 milyon manat məbləğində sığorta ödənişi həyatakeçirib.

Seçilən
120
8
az.trend.az

10Mənbələr