AZ

Azərbaycanda pul bazası nə qədər təşkil edib? - Rəsmi

Azərbaycanda pul bazası 01 yanvar 2026-cı il tarixinə 22 milyard 470,2 milyon manat təşkil edib. Bu barədə məlumatı Azərbaycan Mərkəzi Bankı yayıb.

Son bir ayda pul bazası 1,5% və ya 341,8 milyon manat artıb, illik müqayisədə isə artım 7,4% və ya 1 milyard 553,7 milyon manat təşkil edib.

Pul bazasına dövriyyədəki nağd pul və kommersiya banklarının sərbəst və məcburi ehtiyatları daxildir.

Aytac 

Seçilən
85
1
anews.az

1Mənbələr