AZ

“Turan Tovuz” 2 transferə hazırlaşır

ain.az, futbolpress-az portalına istinadən məlumat verir.

“Turan Tovuz” hücumçusu Aleks Souzanı Yaponiyanın “Kyoto Sanqa” klubuna satdı. Klub açıqlamasa da, “FutbolPress”in əldə etdiyi məlumata görə, bölgə təmsilmisi bu keçiddən 700 min manata yaxın gəlir əldə edib.

Düşərgədən aldığımız xəbərə görə, klub Aleksin yerini “doldurmaq” üçün yeni hücumçu axtarışına başlayıb. Bundan başqa minimum daha bir legioneri heyətinə cəlb etmək istəyən “Turan Tovuz”un Sloveniyada oynayan bir müdafiəçi ilə danışıqlar apardığı bildirilir.

Böyük ehtimalla, ən azı bir hücumçu və bir müdafiəçi transfer ediləcək, uyğun variant olarsa, daha bir futbolçunun da cəlb edilməsi planlaşdırılır.

“FutbolPress”

(Antalya, Türkiyə)

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
36
1
futbolpress.az

2Mənbələr