AZ

Bardakı faciənin səbəbləri açıqlandı: Son 5 ildə...

İsveçrənin Krans-Montana kurortunda Yeni il gecəsi 40 nəfərin ölümü ilə nəticələnən faciə, müəssisə sahibləri və yerli hakimiyyət orqanları tərəfindən sistemli pozuntuları üzə çıxarıb.

Publika.az yerli mətbuata istinadla xəbər verir ki, yanğının baş verdiyi barın son beş ildə yanğın təhlükəsizliyi yoxlamalarından keçmədiyi məlum olub.

Bu barədə kommunanın meri Nikolas Feraud mətbuat konfransında bildirib. Onun sözlərinə görə, bələdiyyə hadisəyə görə məsuliyyəti qəbul edir. Bayram günlərində genişmiqyaslı tədbirlərə və barda çoxlu insan olmasına baxmayaraq, heç bir yoxlama aparılmayıb.

Müəyyən edilmiş qaydalara görə, barın zirzəmisində 100 nəfərdən çox, birinci mərtəbədə isə eyni sayda insan ola bilməzdi. Lakin 31 dekabrdan 1 yanvara keçən gecə eyni vaxtda zirzəmidə 160-dan çox müştəri olub. Məhz orada onlarla insan ölüb.

Əlavə risk faktoru heç vaxt yanğın təhlükəsizliyinə uyğunluq baxımından sınaqdan keçirilməmiş səs izolyasiyasıdır. Barın keçmiş işçilərinin sözlərinə görə, problemlər uzun müddətdir məlum idi: təhlükəsizlik qaydaları sistematik şəkildə pozulur və zirzəmidən təxliyə üçün nəzərdə tutulmuş təcili çıxış daim kilidlənirdi.

Seçilən
69
publika.az

1Mənbələr