Bakı. Trend:
Qazaxıstan qaz sahəsində Azərbaycanla əməkdaşlığıngenişləndiriləcəyinə ümid edir.
Bunu Trend-ə“KMG-Karaçaqanak” şirkətinin istehsalat üzrə baş direktorununmüavini Andrey Kan bildirib.
“Azərbaycan Dövlət Neft Şirkəti SOCAR-ın bizim milli şirkətimiz“KazMunayQaz” ilə əməkdaşlığını yüksək qiymətləndiririk”, – deyə A.Kan vurğulayıb.
Onun sözlərinə görə, SOCAR Qazaxıstanda kəşfiyyat layihələrinəmaraq göstərir.
“Mən həmçinin hesab edirəm ki, birgə əməkdaşlıq üçün, o cümlədənqaz hasilatı və qaz-kimya sahələrində yaxşı perspektivlərimiz var.Qazaxıstan və Azərbaycan arasında daha sıx əməkdaşlıq qlobalbazarda daha güclü olmağımıza kömək edəcək”, – deyə o, fikriniyekunlaşdırıb.
Qeyd edək ki, 2022-ci ildə KMG ilə Azərbaycan Dövlət NeftŞirkəti (SOCAR) arasında Qazaxıstan neftinin tranziti üzrə müqaviləimzalanıb.
2024-cü ildə isə KMG və SOCAR Azərbaycan ərazisindən nefttranzitinin mərhələli şəkildə artırılması barədə razılığagəliblər.
“KazMunayQaz” Qazaxıstan dövlətinin neft və qaz sənayesindəmaraqlarını təmsil edir, karbohidrogenlərin kəşfiyyatı, hasilatı,emalı və nəqlini həyata keçirir. Şirkət 2002-ci ildə yaradılıb və190-dan çox təşkilatı özündə birləşdirir.
“KazMunayQaz”ın səhmdarları “Samruk-Kazına” Milli Rifah Fondu(90%) və Qazaxıstan Respublikası Milli Bankıdır (10%).