
ABŞ senatoru Lindsi Qraham İranda davam edən kütləvi etirazlarla bağlı xəbərdarlıq edib.
Missiya.Az xəbər verir ki, o bunu "Fox News" telekanalına açıqlamasında deyib.
Siyasətçi ABŞ Prezidenti Donald Trampın İran xalqına əvvəlki administrasiyalardan fərqli mövqe sərgilədiyini bildirib.
Qraham əlavə edib ki, Tramp Barak Obama deyil və İran xalqını tək buraxmayacaq.
Senatorun sözlərinə görə, ayətullah rejimi və ona bağlı qüvvələr etirazçıları öldürməyə davam edərsə, bunun ağır nəticələri olacaq.
“Əgər İran hakimiyyəti zorakılığı davam etdirsə, özlərini ölü hesab etməlidirlər”, - deyə siyasətçi vurğulayıb.
Qraham, habelə, xatırladıb ki, Donald Tramp yaxın vaxtlarda İslam Respublikasına açıq xəbərdarlıq edib. Tramp qeyd edib ki, əgər İran təhlükəsizlik qüvvələri etirazçılara atəş açarsa, ABŞ İran xalqını qorumaq üçün müdaxilə edə bilər.
Daşqın HəsənovMissiya.Az