AZ

O,  çox şey görüb: Feliks Ronaldoya SƏSLƏNDİ

“Əl-Nəsr”in yarımmüdafiəçisi Juao Feliks Kriştianu Ronaldu ilə eyni komandada oynamaq barədə fikirlərini bölüşüb.

“Əlbəttə, Kriştianunun komandada olması hər zaman müsbət təsir göstərir. O, komandaya verdikləri və ondan öyrəndiyimiz dərslər baxımından çox dəyərlidir. Demək olar ki, bütün futbolçular üçün nümunədir, xüsusən də zəhmətkeşliyi və işinə bağlılığı ilə.

Onun yanında olmaq biz – komanda yoldaşları üçün daha yaxşı olmağa kömək edir və ilk növbədə bizi daha peşəkar edir ki, bu da hazırda çox vacibdir. Onunla eyni komandada çıxış etmək bizə böyük fayda verir. Gördüyünüz kimi, komandamız oyundan-oyuna yaxşı fiziki forma nümayiş etdirməyə davam edir.”

Seçilən
21
veteninfo.az

1Mənbələr