AZ

Albaniya klubuna transfer olunan Qurbanov: “Şərait gözlədiyimdən də yaxşıdır”

“Menecerimin sayəsində bura gəldim. Komanda rəsmiləri ilə əlaqəsi var idi və məni onlara təklif etdi. Oyunlarımı izlədilər, bəyəndilər və nəticədə dəvət aldım”.

Bu sözləri İdmanxeber.az saytına Albaniyanın 2-ci Liqasında çıxış edən “Beselidya”ya transfer olunan azərbaycanlı futbolçu Bayraməli Qurbanov deyib. 23 yaşlı vinger daha sonra belə davam edib:

“Komandanın əsas hədəfi üst liqalara yüksəlməkdir. Bunun üçün oyunçulara çox yaxşı şərait yaradılıb. Açığı, şərait gözlədiyimdən də yaxşıdır. Maaş da, şükürlər olsun ki, qənaətbəxşdir”.

Qurbanov hədəfinin Albaniya klubunda əsas heyətə düşmək olduğunu bildirib:

“Bu şansı dəyərləndirmək artıq özümdən asılıdır. Daimi əsas heyətdə oynamaq üçün əlimdən gələnin ən yaxşısını edəcəyəm.”

Qeyd edək ki, “Beselidya” 10 turdan sonra Albaniya çempionatının turnir cədvəlində 26 xalla 1-ci pillədə qərarlaşıb.

Həsən Quluzadə

 

Seçilən
37
idmanxeber.az

1Mənbələr