Maraqlıdı, bəs, dövlət qurumu klubun istəyinə müsbət cavab veribmi? İdman qurğusunda hansısa işlər görülübmü?
Bu sualla “pələnglər”in mətbuat xidmətinin rəhbəri Leyla Behbudluya müraciət etdik. Onun “Football-plus.az”a cavabı:
“Quba Olimpiya İdman Kompleksinin stadionunda ot örtüyünün keyfiyyətinin yüksəldilməsi istiqamətində Gənclər və İdman Nazirliyi tərəfindən müvafiq işlər həyata keçirilib. Belə ki, seyrək sahələrə yenidən toxum səpilib, müəyyən hissələr dərmanlanıb. Hazırda ot örtüyünə ciddi və sistemli qulluq göstərilir. Təbii ki, görülən bu tədbirlər qazonun tam dəyişdirilməsinə yoxl, mövcud ot örtüyünün daha yüksək keyfiyyətə çatdırılmasına yönəlib. Nazirlik bu məqsədlə bütün imkanlardan istifadə edir. Hesab edirik ki, komandamız mövsümün ikinci hissəsində daha keyfiyyətli və oyun üçün əlverişli ot örtüyündə çıxış edəcək”.
Xatırladaq ki, “İmişli” yeni ilin ilk matçında evdə “Araz-Naxçıvan”la qarşılaşacaq. Yanvarın 23-də keçiriləcək oyun saat 14.30-da başlayacaq.KƏNAN BAHADIR