“İnter Mayami”nin və Argentina millisinin hücumçusu Lionel Messi şəxsi həyatı ilə bağlı açıqlama verib.
Publika.az xəbər verir ki, 38 yaşlı ulduz futbolçu rəqsə və alkoqola münasibətindən danışıb:
“Birincisi, mən alkoqolu sevmirəm. Amma rəqs etməyə başlamaq üçün bir az sərxoş olmalıyam… İçə bildiyim vaxtlarda şərab içirəm. Əks halda, hər şey həmişəki kimidir. Şərab və soda içirəm ki, təsiri tez hiss olunsun (gülür)”.
Messi doğma şəhəri Rosarioya səfər etməyi xoşladığını da bildirib:
“Mən Rosarioya getməyi çox sevirəm. Bayramlarda ora getmək, orada olmaq xoşuma gəlir… Amma düzünü desəm, demək olar ki, evdən çıxmıram. Ya anamın, ya da qardaşımın yanına gedirəm. Yəni evdən-evə. Bu, mənə xoşdur, çünki ailəmlə, dostlarımla, yaxın insanlarla birlikdəyəm. Mənim üçün bundan gözəl heç nə yoxdur. Xüsusilə dekabr ayında. Üstəlik, insanların özünəməxsus ab-havası və enerjisi var”.