AZ

NBA: “Los-Anceles Leykers”dən ardıcıl üçüncü qələbə

Bakı, 7 yanvar, AZƏRTAC

ABŞ-ın Milli Basketbol Assosiasiyasında (NBA) daha altı oyun keçirilib.

AZƏRTAC xəbər verir ki, “Los-Anceles Leykers” səfərdə “Nyu Orleans Pelikans”ı 111:103 hesabı ilə məğlub edərək müntəzəm mövsümdə ardıcıl üçüncü qələbəsini qazanıb.

Kaliforniya klubunun heyətində Lebron Ceyms və Luka Donçiç hərəyə 30 xal toplayıblar.

Bu nəticədən sonra “Los-Anceles Leykers” Qərb Konfransının turnir cədvəlində 3-cü, “Nyu Orleans Pelikans” isə 15-ci yerdədir.

Matçların nəticələri

“İndiana Peysers” – “Klivlend Kavalyers” – 116:120

“Minnesota” – “Mayami Hit” – 122:94

“Nyu Orleans Pelikans” - “Los-Anceles Leykers” – 103:111

“Vaşinqton Uizards” - “Orlando Mecik” – 120:112

“Memfis Qrizlis” - “San-Antonio Spörs” – 106:105

“Sakramento” – “Dallas” – 87:86.

Seçilən
92
azertag.az

1Mənbələr