Dünən sosial şəbəkələrdə Tehranın Böyük Bazarında çəkildiyi bildirilən bir görüntü paylaşılıb.
KONKRET.az xəbər verir ki, fotoda başından xəsarət almış, əlləri və paltarları qan içində olan yaşlı bir kişinin görünməsi diqqət çəkib.
Paylaşılan məlumatlara görə, Tehran Bazarı sahibkarların repressiv qüvvələrə qarşı etiraz və müqaviməti zamanı gərgin hadisələrə səhnə olub. Şahidlərin bildirdiyinə əsasən, etirazlar zamanı qarşıdurmalar yaşanıb və bəzi şəxslər xəsarət alıb.
Hadisə ilə bağlı rəsmi qurumlar hələlik açıqlama verməyib. Sosial mediada yayılan görüntülər isə Böyük Bazarda vəziyyətin nə qədər gərgin olduğunu göstərir.

Mənbə: Azad İran