Bakı. Trend:
Venesuela hakimiyyəti ABŞ-yə 30–50 milyon barel neft təhvilverəcək və bu neftin satışından əldə olunan gəlirlər Venesuela vəABŞ xalqlarının rifahı naminə istifadə olunacaq.
Trend xəbər verirki, bu barədə ABŞ Prezidenti öz "Truth Social" hesabında yazıb.
“Məmnuniyyətlə bildirirəm ki, Venesueladakı Müvəqqəti Hakimiyyətorqanları ABŞ-yə 30–50 milyon barel yüksək keyfiyyətli neftötürəcək. Bu neft bazarının qiymətləri əsasında satılacaq. Əldəolunan vəsaitin Venesuela xalqının və Amerika Birləşmiş Ştatlarınınmaraqlarına xidmət etməsinə ABŞ Prezidenti olaraq mən nəzarətedəcəm”,-deyə Tramp yazıb
O qeyd edib ki, bu planın icrası ABŞ-nin energetika naziri KrisRayta tapşırılıb.
“Mən energetika naziri Kris Rayta bu planın dərhal icrasınıtapşırmışam. Neft tankerlərlə daşınacaq və birbaşa ABŞ-dəyükboşaltma limanlarına çatdırılacaq. Bu məsələyə diqqətiniz üçüntəşəkkür edirəm!”,- deyə Tramp yekunlaşdırıb.
Xatırladaq ki, yanvarın 3-də ABŞ Venesuelaya zərbələr endirib vəölkə prezidenti Nikolas Maduronu həyat yoldaşı ilə birlikdə ələkeçirərək Nyu-Yorka aparıb.