AZ

Yük avtomobillərinin ehtiyat hissələrini oğurlayan maşın ustası saxlanılıb

Bakı. Trend:

Qaradağ rayonu ərazisində oğurluq hadisəsi qeydə alınıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumatagörə, gecə saatlarında naməlum şəxslər bir nəfərə məxsus “Kamaz”markalı yük avtomobilinin 300 manat dəyərində ehtiyat hissəsinioğurlayıb.

Bildirilib ki, Qaradağ RPİ 10-cu Polis Şöbəsi əməkdaşlarınınkeçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 38 yaşlıT.Əliyev və 31 yaşlı S.İsgəndərov müəyyən olunaraqsaxlanılıblar.

Araşdırma zamanı T.Əliyevin avtomobil ustası olduğu, rayonərazisində daha 2 yük avtomobilinin ehtiyat hissələrini oğurlayaraqsatdığı məlum olub.

Araşdırmalar davam etdirilir.

Seçilən
67
18
az.trend.az

10Mənbələr