Demokrat.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
“Azərbaycan Prezidenti yerli televiziya kanallarına verdiyi müsahibəsində həm qlobal, həm də ölkədaxili məsələlərə xüsusi diqqət yetirdi. Dövlət başçısının fikirləri göstərdi ki, hazırda dünya qeyri-müəyyənlik mərhələsindədir”.Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.O deyib ki, bir tərəfdən beynəlxalq hüququn işləməməsi, digər tərəfdən ticarət müharibələri və geosiyasi gərginliklər qlobal iqtisadi artım tempinə mənfi təsir göstərir:“Bu kontekstdə Azərbaycan üçün əsas prioritetlərdən biri iqtisadi artım tempini qoruyub saxlamaq və qlobal dəyişikliklərin təsirini minimallaşdırmaqdır. Prezidentin qeyd etdiyi kimi, 2026-cı ildə qlobal risklərin daha da artacağı proqnozlaşdırılır. Bu səbəbdən ölkənin dayanıqlı və inklüziv inkişaf strategiyası xüsusi əhəmiyyət kəsb edir”. O bildirib ki, Azərbaycanın valyuta ehtiyatları 84 milyard dolları keçib:“Bu vəsait ölkə üçün bir növ “təhlükəsizlik yastığı”dır və xarici iqtisadi şoklara qarşı güclü müdafiə vasitəsidir. Nəticə etibarilə, Prezidentin çıxışı göstərdi ki, Azərbaycan 2026-cı ildə də iqtisadi sabitliyi qorumaq, islahatları dərinləşdirmək və qlobal qeyri-müəyyənlik fonunda milli maraqları müdafiə etmək istiqamətində ardıcıl və düşünülmüş siyasətini davam etdirəcək”.Leyla Turan
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.