AZ

Artıq valideynlər övladlarının laborator analiz nəticələrinə “mygov” platformasında baxa bilərlər

Bakı. Trend:

“mygov” rəqəmsal hökumət platforması vətəndaşlara aid məlumat vəsənədlərə rahat çıxış imkanı yaratmaq məqsədilə daha bir yeniliktəqdim edir. Artıq valideynlər 18 yaşdan kiçik övladlarının laborator analiz nəticələrini birbaşa “mygov”üzərindən rəqəmsal formada əldə edə bilərlər.

Bu inteqrasiya İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin(İRİA) İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB iləəməkdaşlığı nəticəsində həyata keçirilib.

Valideynlər platforma üzərindən övladlarına aid analiz tarixi,tibb müəssisəsinin adı, nümunə nömrəsi kimi məlumatları görə vəanaliz nəticələrini elektron formatda (PDF) yükləyə bilərlər. Buisə tibb müəssisəsinə əlavə müraciət ehtiyacını aradan qaldıraraqxidmətlərin əlçatanlığını artırır.

Qeyd edək ki, yalnız şəxsiyyət vəsiqəsi olan şəxslərin(övladların) analiz nəticələrini platforma üzərindən əldə etməkmümkündür.

Məlumatlar həm veb platformada, həm də mobil tətbiqdəəlçatandır.

Məlumatı əldə etmək üçün:

  • Platformanın əsas səhifəsində “Xidmətlər” bölməsinə keçidedilir;
  • “Ailə” və ya “Sağlamlıq” kateqoriyası seçilir;
  • Övladlarımınlaborator analiz nəticələri” bölməsinə klik edilir;
  • Əgər müvafiq məlumatlar mövcuddursa, ekranda əks olunur;
  • “Yüklə” düyməsinə klik edilərək məlumatla tanış olunur.

Xatırladaq ki, valideynlər “mygov”da övladlarına aid bir sıraməlumatları - şəxsiyyət vəsiqəsi, pasport, doğum haqqındaşəhadətnamə və peyvənd məlumatları kimi rəsmi sənədləri də rəqəmsalformada əldə edirlər. Bu xidmətlərin genişləndirilməsi valideynlərəövladlarının vacib məlumatlarını vahid platformadan rəqəmsalşəkildə izləmək və istifadə etmək imkanı yaradır.

Məqalədə:
Seçilən
81
19
az.trend.az

10Mənbələr