AZ

Tramp dayanmır: Bu ərazini almaq üçün silahlar işə düşəcək

ABŞ prezidenti Donald Trampın administrasiyası Qrenlandiyanı ABŞ-a birləşdirmək məqsədilə müxtəlif variantları, o cümlədən ABŞ ordusundan istifadə imkanını da nəzərdən keçirir.

Publika.az xəbər verir ki, bu barədə Ağ Evin sözçüsü Karolin Livitt açıqlama verib.

Onun sözlərinə görə, Tramp Qrenlandiyaya sahib olmağın ABŞ-ın milli təhlükəsizlik maraqları baxımından vacib olduğunu dəfələrlə vurğulayıb:

“Tramp, həmçinin bunun Arktika bölgəsindəki düşmənlərimizi cilovlamaq baxımından həyati əhəmiyyət daşıdığını açıq şəkildə bildirib. Prezident və komandası bu mühüm xarici siyasət məqsədinə nail olmaq üçün müxtəlif variantları müzakirə edir və ABŞ ordusundan istifadə də hər zaman onun əlində olan seçimlərdən biridir”, - deyə Livitt bildirib.

Ağ Evin bu açıqlaması Donald Trampın Qrenlandiyanın strateji əhəmiyyəti ilə bağlı son bəyanatından sonra səsləndirilib.

Seçilən
78
publika.az

1Mənbələr