AZ

İran mediası Abdanan şəhərinin etirazçılar tərəfindən ələ keçirilməsini təkzib edir

Bakı. Trend:

İranın qərbində yerləşən İlam vilayətinin Abdanan şəhərietirazçılar tərəfindən ələ keçirilməyib.

Trend-inməlumatına görə, bu barədə İran mediası yerli rəsmilərə istinadənməlumat verib.

Bildirilib ki, ötən gün saat 17:00 radələrində təxminən 300nəfər Abdanan şəhərinin “Vəliəsr” meydanı ətrafına toplaşıb və“Bəsic” meydanı istiqamətində hərəkət edib. Yolboyu onlara etirazçıkimi bir qrup da qoşulub.

İran mediası qeyd edir ki, etirazçılar yolboyu iqtisadivəziyyətə və bahalığa etiraz ediblər. Etirazçılar arasında fərqlişüarlar səsləndirənlər də olub. Saat 19:00 radələrindəetirazçıların çoxu aksiyanı tərk etdikdən sonra iğtişaş baş veribvə ictimai əmlaka ciddi şəkildə ziyan vurulub. İğtişaşçılar dövlətidarələri və banklara hücum edib, bir neçə bankın sənədləriniyandırıblar.

Məlumatda qeyd olunur ki, vəziyyətin nəzarətdən çıxdığını görənpolisi iğtişaşa müdaxilə edib və 15 dəqiqədən az müddət ərzindəAbdanan şəhəri küçələrində asayiş bərpa olunub.

Məqalədə:
Seçilən
91
az.trend.az

1Mənbələr