Hacıqabul rayonunda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
NOCOMMENT.az xəbər verir ki, qəza Hacıqabul–Bəhrəmtəpə magistral yolunun Hacıqabul rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Məlumata görə, heyvan daşıyan “Qazel” markalı avtomobil ilə iki “KİA” markalı minik avtomobili toqquşub. Hadisə nəticəsində 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Şirvan şəhər xəstəxanasına yerləşdirilib. İlkin ehtimallara əsasən, hadisəyə səbəb ərazidə havanın dumanlı olması və görmə məsafəsinin azalması olub.
Faktla bağlı araşdırma aparılır.