AZ

İlon Maskın süni intellekt şirkəti qalmaqallar fonunda 20 milyard dollar investisiya alıb

Baku.ws portalından verilən məlumata görə, ain.az xəbər yayır.

İlon Maskın yaratdığı xAI süni intellekt şirkəti, Grok çat-botunun razılıq olmadan seksual məzmunlu görüntülər yaratdığı iddiaları fonunda "Series E" investisiya mərhələsində 20 milyard dollar vəsait cəlb edib.

BAKU.WS xəbər verir ki, şirkətin açıqlamasına görə, investorlara Nvidia, Fidelity Management, Qətər Dövlət İnvestisiya Fondu və Valor Equity Partners daxildir. Toplanan vəsait süni intellekt modellərinin inkişafına və Tennessidəki məlumat mərkəzlərinin genişləndirilməsinə yönəldiləcək.

Bununla yanaşı, Grok-un deepfake məzmunlarla bağlı təhlükəsizlik boşluqları beynəlxalq səviyyədə tənqidlərə səbəb olub. Fransa, Böyük Britaniya və bir sıra digər ölkələrdə məsələ ilə bağlı araşdırmalar başlanıb

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
96
baku.ws

1Mənbələr