GlobalInfo saytından alınan məlumata görə, ain.az bildirir.
ABŞ-ın “Chevron” şirkəti və “Quantum Energy Partners” investisiya qrupu “Lukoyl”un beynəlxalq aktivlərinin bölünməsi üçün müqavilə bağlamağı planlaşdırır.
Globalinfo.az xəbər verir ki, bu barədə “Financial Times” mənbələrə istinadən məlumat verib.
“Şirkətlərin təklifi “Lukoyl”ın bütün xarici aktivlər portfelini əhatə edir. “Quantum” və “Chevron” şirkətləri uzunmüddətli perspektivdə 22 milyard dollarlıq aktiv əldə etmək niyyətindədirlər. Bu yanaşmanın ABŞ Prezidenti Donald Tramp administrasiyası tərəfindən müsbət qarşılandığı qeyd olunur”, – deyə nəşr yazıb.
Qeyd edək ki, 2025-ci ilin oktyabr ayında ABŞ və Böyük Britaniya “Lukoil” şirkətini sanksiya siyahılarına əlavə edib. Daha sonra “Lukoil” beynəlxalq aktivlərini satmaq niyyətində olduğunu açıqlayıb.
Xatırladaq ki, “Lukoyl”un təsisçisi, azərbaycanlı iş adamı Vahid Ələkbərovdur.
Əliyar Xəlil
Globalinfo.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.