Gununsesi saytından alınan məlumata görə, ain.az bildirir.
Bakı Ağır Cinayətlər Məhkəməsində “Toplum TV İşi” üzrə keçilib.
Gununsesi.info bildirir ki, təqsirləndirilən şəxslər xarici ölkə səfərlərinin qaçaqmalçılıq kimi ittihama daxil edilməsinə etiraz edib.
III Respublikası Platformasının təsisçisi Akif Qurbanov deyib ki, o, əslən Gürcüstandandır:”Mən qohum-əqrabama baş çəkməyə getmişəm. Burada qaçaqmalçılıq niyə olmalıdır ki?”
Media eksperti Ələsgər Məmmədli də çıxışında bildirib ki, o rəsmi dəvətlər çərçivəsində xaricə gedib:”Bu səfərlərin əksəriyyətində dövlət rəsmiləri də iştirak edib. Harasa gedib-qayıtmaq niyə qaçaqmalçılıq hesab olunmalıdır. Xarici səfərimizin tarixini ittiham aktına köçürüblər”.
Məsələ ilə bağlı ittiham tərəfi münasibət bildirməyib.
Afət Abbasova
Gununsesi.info
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.