Kansler qeyd edib ki, rəsmi Kiyev gənc kişilərin Almaniya, Polşa və ya Fransaya getməsi əvəzinə, öz ölkələrində layiqli iş tapmaları üçün şərait yaratmalıdır: "Biz bu məsələni artıq Brüsseldə müzakirə etmişik. Hesab edirəm ki, bu, Ukraynanın yerinə yetirə biləcəyi bir gözləntidir. Ukraynalılar Avropa İttifaqı ölkələrinə getməməli, orduda xidmət etməlidirlər", - deyə Mers bildirib.
Ukraynadakı müharibənin gələcəyi barədə də danışan Almaniya hökumət rəhbəri sülh üçün kompromisın qaçılmaz olduğunu vurğulayıb. O, gələcək sülh prosesi ilə bağlı bunları əlavə edib: "Sülhə nail olmaq üçün mütləq güzəştlərə getməli olacağıq. Biz qətiyyət, realizm və uzaqgörənliklə mümkün olan ən yaxşı nəticəni - davamlı atəşkəs, etibarlı təhlükəsizlik zəmanətləri və birlikdə quracağımız dinc Avropanı təmin etmək üçün əlimizdən gələni edəcəyik."