AZ

İsrail və Suriya ABŞ-ın dəstəyi ilə rabitə kanalı qurur

İsrail və Suriya ticarət, təhlükəsizlik və kəşfiyyat məsələlərini əlaqələndirmək üçün rabitə kanalı yaratmaq barədə razılığa gəliblər.

Herbiand.az xəbər verir ki, bu barədə DPA ABŞ Dövlət Departamentinin bəyanatına istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, ABŞ-ın vasitəçiliyi ilə Parisdə yüksək vəzifəli İsrail və Suriya rəsmilərinin görüşündən sonra fikir ayrılıqlarının həllini asanlaşdıracaq və anlaşılmazlıqların qarşısını alacaq bir platforma yaratmaq qərarı verilib.

DPA-nın məlumatına görə, İsrail Baş naziri Benyamin Netanyahunun ofisi hələlik belə bir mexanizmin yaradılmasını qəti şəkildə təsdiqləməyib. Lakin bu ərəfədə verilən bəyanatda İsrail və Suriya arasında "hər iki ölkənin xeyrinə" iqtisadi əməkdaşlığın dərinləşdirilməsinin zəruriliyi qeyd olunub.

Seçilən
23
herbiand.az

1Mənbələr