Yanvarın 7-si Azərbaycan Hərbi Hava Qüvvələrinin “MiQ-29” qırıcı təyyarəsinin pilotu, şəhid polkovnik-leytenant Rəşad Atakişiyevin doğum günüdür.
Moderator.az xatırladır ki, Rəşad Saləddin oğlu Atakişiyev 1985-ci ildə Şəmkir rayonunun Qılıncbəyli kəndində anadan olub. O, Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət etdiyi illər ərzində peşəkarlığı və döyüş hazırlığı ilə seçilən pilotlardan olub.
Rəşad Atakişiyev 2020-ci il noyabrın 9-da, 44 günlük Vətən müharibəsi zamanı döyüş tapşırığını yerinə yetirərkən şəhid olub. Göstərdiyi qəhrəmanlığa görə o, ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə yüksək dövlət orden və medalları ilə təltif edilib.
Şəhid pilotun xatirəsi doğum günündə ehtiramla yad edilir. Onun Vətən uğrunda göstərdiyi şücaət xalqımızın yaddaşında daim yaşayacaq.