Venesuelanın keçid hakimiyyəti ABŞ-a 30-50 milyon barel yüksək keyfiyyətli, “sanksiyalı neft" tədarük edəcək.
Herbiand.az xəbər verir ki, bu məlumatı ABŞ prezidenti Donald Tramp ABŞ-ın Venesuela lideri Nikolas Maduronu ələ keçirmək üçün keçirdiyi hərbi əməliyyatdan bir neçə gün sonra “TruthSocial” sosial media hesabında açıqlayıb.
ABŞ prezidenti yazıb: "Bu neft bazar qiymətləri ilə satılacaq və mən, ABŞ prezidenti kimi, Venesuela və ABŞ xalqlarına fayda verməsini təmin etmək üçün pula nəzarət edəcəyəm".
Tramp həmçinin ABŞ Energetika Naziri Kris Rayta "bu planı dərhal həyata keçirməyi" tapşırıb. Onun paylaşımına görə, Venesueladan gələn neft saxlama gəmilərinə yüklənəcək və birbaşa ABŞ-dakı boşaltma lövbərlərinə çatdırılacaq.