“Qarabağ” və “Neftçi” qış toplanışını ölkəxaricində keçirəcək. Komandalarımız bu müddətdə yoxlama görüşləri də keçirəcək.
Ağdam klubu toplanış çərçivəsində Antalyada yanvarın 12-də Özbəkistanın “Neftçi” (Fərqanə) klubu ilə saat 17:00-da (Bakı vaxtı ilə 18:00-da), yanvarın 16-da isə Polşanın “Zaqlebie Lubin” klubu ilə saat 18:00-da (Bakı vaxtı ilə 19:00-da) yoxlama görüşləri keçirəcək.
“Neftçi” isə yanvarın 9-da “Kayrat” (Qazaxıstan), 13-də “Piramids” (Misir), 16-da isə “Çenqdu Ronqçenq” (Çin) klubları ilə qarşılaşacaq.
İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, təmsilçilərimizin yoxlama oyunlarını izləmək mümkün olmayacaq. Nə “Qarabağ”, nə də “Neftçi”nin matçları heç bir TV-dən canlı yayımlanmayacaq.
Yalnız “ağ-qaralar”ın “Kayrat”a qarşı görüşünün “Neftçi TV”dən yayımlanma ehtimalı var. Ancaq bu məsələ də hələlik təsdiqini tapmayıb.