AZ

Şəhid ailələri və müharibə əlillərinə 16 min mənzil verilib

Bakı. Trend:

Ölkəmizdə həssas əhali qruplarından olan vətəndaşlarla bağlıicra olunan mühüm sosial proqramlardan biri də şəhid ailələri vəmüharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatıproqramıdır.

Trend xəbərverir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyiməlumat yayıb.

Bildirilib ki, Prezident İlham Əliyev yerli televiziyakanallarına müsahibəsində deyib: “Son illərdə 16 min şəhid ailəsinəvə müharibə əlilinə, onların ailələrinə dövlət tərəfindən mənzillərverilmişdir. Burada da Azərbaycan qədər bu sahəyə diqqət yetirənikinci ölkə yoxdur”.

"Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığı əsasında buproqram möhtəşəm Zəfər əldə etdiyimiz Vətən müharibəsindən sonra 5dəfə genişləndirilib. Postmüharibə dövründə Əmək və Əhalinin SosialMüdafiəsi Nazirliyi tərəfindən 7 mindən çox mənzil şəhid ailələrinəvə müharibə ilə əlaqədar əlilliyi olanlara təqdim edilib.

Müharibə ilə əlaqədar əlilliyi olanlara yönələn dəstəktədbirlərindən biri də onların minik avtomobilləri ilə təminedilməsidir. Bu kateqoriyadan olan vətəndaşlara ötən dövrdə 7700, ocümlədən postmüharibə dövründə 567 avtomobil verilib və növbədəolanların avtomobillə təminatı başa çatıb", nazirlikdənbildirilib.

Seçilən
20
13
az.trend.az

10Mənbələr