Bakı.Trend:
Bakı şəhərinin Xəzər rayonunda "Hyundai" markalı minikavtomobili ilə “Газель” markalı yük avtomobili toqquşub, 1 nəfəravtomobildə sıxılı vəziyyətdə qalıb.
Trend xəbərverir ki, bu barədə FHN məlumat yayıb.
Bildirilib ki, FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətininmüvafiq xilasetmə qüvvələri tərəfindən həyata keçirilən xilasetmətədbirləri nəticəsində deformasiyaya uğrayan nəqliyyat vasitəsindən1 nəfərin meyiti çıxarılaraq təcili tibbi yardım briqadasına təhvilverilib.