AZ

Zakir Həsənov Qazaxıstanın ölkəmizdəki yeni hərbi attaşesini qəbul edib

Bakı.Trend:

Qazaxıstan Respublikasının ölkəmizdə yeni təyin edilən hərbiattaşesi polkovnik Salauat Xayruşev yanvarın 7-də AzərbaycanRespublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovatəqdim olunub.

Trend xəbərverir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, müdafiə naziri qazaxıstanlı qonağı ölkəmizdəfəaliyyətə başlaması münasibəti ilə təbrik edib.Azərbaycan-Qazaxıstan münasibətlərinin dostluq və qardaşlıqprinsiplərinə, zəngin tarixi ənənəyə söykəndiyini qeyd edən nazirhərbi attaşeyə ölkələrimiz arasında hərbi əməkdaşlığıngenişləndirilməsi istiqamətində gələcək xidmətində uğurlararzulayıb.

Polkovnik S.Xayruşev göstərilən etimada görə təşəkkürünübildirib və fəaliyyəti dövründə hərbi əlaqələrin daha damöhkəmləndirilməsi üçün səylərini əsirgəməyəcəyini qeyd edib.
Görüşdə hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdəəməkdaşlığın cari vəziyyəti müzakirə edilib, yeni perspektivləri,eləcə də qarşılıqlı maraq doğuran bir sıra digər məsələlərlə bağlıfikir mübadiləsi aparılıb.

Seçilən
61
36
az.trend.az

10Mənbələr