AZ

Görün ingilis futbolçu Türkiyədə nəyin aludəçisi olub: Bu, uşaqlarımla münasibətlərimi məhv etdi

"Liverpul"un sabiq yarımmüdafiəçisi Conco Şelvi Türkiyə karyerası ilə bağlı səs-küylü açıqlama verib.

Publika.az xəbər verir ki, "Rizespor" və "Eyüpspor"klublarında çıxış edən ingilis futbolçu bu dövrün onun üçün son dərəcə ağır olduğunu etiraf edib:

“Türkiyədə 18 ay tək yaşadım. Bu, həyatımın ən çətin dövrü idi. Yuxu dərmanlarına aludə oldum. Məşqdən evə qayıdırdım və vaxt sanki keçmirdi.

Şəhər əsasən müsəlman idi, cəmi üç restoran var idi. Əsasən edə biləcəyim üç şey olurdu - "Starbucks"a, "McDonald’s"a və ya "Domino’s"a getmək. Evə qayıdırdım, dörd divara baxırdım və vaxt öldürmək üçün sadəcə üç-dörd dənə yuxu dərmanı içib huşumu itirirdim. Səhəri gün dərhal yenidən məşqə gedirdim. Sadəcə vaxt keçsin deyə.

Sonra bu, asılılığa çevrildi. İstanbula köçdüm, orada həyat xeyli canlı idi. Gəzə bilirdim, amma yenə də tək idim. Mən tək gəzməyi sevən biri deyiləm, təkliyə nifrət edirəm.

Seçilən
64
publika.az

1Mənbələr