Məlumata əsasən, sözügedən təyyarələr ABŞ-nin həm öz ərazisində, həm də Britaniyada yerləşən aviabazalarından Yaxın Şərqə göndərilib."Times" qəzetiöz mənbələrinə istinadən yazır ki, ABŞ-yə məxsusazı 14 ədəd "C-17 Globemaster" nəqliyyat təyyarəsivə2 ədəd ağır silahlanmış "AC-130J Ghostrider" helikopteriBritaniyanın Safokl və Qlosterşir qraflıqlarında yerləşən üç aviabazaya enib:
"Həmin təyyarələrdə isə, mümkündür ki, xüsusi əməliyyatlarda işlədilən azı 5 ədəd "MH-60M Black Hawk" və 1 ədəd "MH-47G Chinook" helikopteri var".
Bu iddialarla əlaqədar nə ABŞ-nin, nə də Britaniyanın müdafiə nazirlikləri hələlik rəsmi məlumat yaymayıb. Mütəxəssislərin fikrincə, mümkünhazırlıq ABŞ-nin İrana qarşı gözlənilən hücumundan xəbər verir.Çünki 2025-ci ilin iyun ayında da Vaşinqton İranınnüvə obyektlərini bombalamazdanqabaqoxşar tərzdə hazırlıqgörmüşdü.
![]() |
| İran qarışır, ABŞ hədələyir, Rusiya qonaq gözləyir |
Xatırladaq ki, İranda 2025-ci ilin 28 dekabrında əsasən inflyasiyanın kəskin artmasına, rialın dəyərdən düşməsinə etiraz məqsədilə kütləvi aksiyalar başlayıb. Nümayişləri əvvəla paytaxt Tehran şəhərində mağaza sahibləri qığılcımlandırıb, ardınca onlara tələbələr də qoşulublar. Etiraz dalğası tezliklə bütün ölkəyə - 31 əyalətdən 26-sına, ümumilikdə 78 şəhərə yayılıb. Məlumata əsasən, aksiyalarda indiyədək azı 19 nəfər ölüb, 50-dən çox insan yaralanıb. ABŞ Prezidenti Donald Tramp yanvarın 2-də İran xalqına müraciət ünvanlayaraq diqqətə çatdırıb ki, Vaşinqton onlara hər an dəstək göstərməyə hazırdır. Rəsmi Tehran bu hədə-qorxunu pisləyib. Eyni zamanda, ölkədə etiraz dalğası fonunda ali dini lider Əli Xameneinin ailə üzvləri və köməkçiləri ilə birlikdəMoskvaya qaça biləcəyidiqqətə çatdırılır.
Firudin Həmidli
AzVision.az
