AZ

M8 nömrəli avtobus yenə xarab oldu - "BakuBus"un cavabı var?

Ötən gün axşam saat 18:40 radələrində Gənclik-Maştağa istiqamətində hərəkət edən M8 nömrəli avtobus xarab olub. Nəticədə isə sərnişinlər avtobusu tərk etməli olublar.  Bu barədə saytımıza sərnişinlərdən biri məlumat verib.

Redaktor.az xəbər verir ki, sərnişinin sözlərinə görə, artıq bu hal dəfələrlə təkrarlanıb və sərnişinlər bundan narazıdırlar.

Bu zaman ortaya bir sual çıxır: Bu avtobuslara texniki baxış vaxtında keçirilirmi? Sualımızı "BakuBus" MMC-yə ünvanladıq, lakin cavab ala bilmədik.

Aytəkin TOFİQQIZI

Seçilən
78
1
redaktor.az

2Mənbələr