AZ

Sumqayıtda avtobus problemi sakinləri narahat edir – VİDEO

Sumqayıtda avtobuslarla bağlı şikayətlər davam etməkdədir.
NOCOMMENT.az xəbər verir ki, Sumqayit24.az-a daxil olan məlumata görə, Qurd dərəsində yaşayan sakinlər ərazi üzrə fəaliyyət göstərən 17 və 18 nömrəli marşrut xətlərinin qeyri-müntəzəm işləməsindən narazıdırlar.
Sakinlərin sözlərinə görə, avtobuslar uzun intervallarla – təxminən 1 saatdan 1 saat 40 dəqiqəyədək gecikmə ilə hərəkət edir ki, bu da xüsusilə dərs vaxtlarında və pik saatlarda ciddi çətinliklər yaradır.
“Avtobuslara minmək və düşmək demək olar ki, mümkünsüz hala gəlib. Bundan əlavə, marşrutlarda istismar olunan avtobusların köhnə və texniki baxımdan yararsız olması vəziyyəti daha da acınacaqlı edir”, – deyə sakinlərdən biri bildirib.
Vətəndaşlar bildirirlər ki, problem ilə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, indiyədək onların şikayətlərinə baxılmayıb:
“Şəhərin bir çox ərazilərinə yeni avtobuslar ayrıldığı halda, Qurd dərəsi uzun müddətdir ki, diqqətdən kənarda qalır. Bu əraziyə baxan və problemlərlə maraqlanan yoxdur”.

Seçilən
47
nocomment.az

1Mənbələr