Mütəxəssislər arıqlamaq üçün bu üsulun çox təsirli olduğunu deyirlər.
QHT.az xəbər verir ki, darçın qarın yağlarını azaltmağa kömək edə bilər. Necə? Həkimlər və araşdırmalar göstərir ki, darçın piylənməyə təsir göstərir və arıqlama prosesini sürətləndirə bilər. Gündə 3 qram və daha çox darçın qəbul edənlərdə bədən kütlə indeksi, qarın və omba ətrafı yağlar azalır; xüsusilə PCOS olanlarda təsir daha qabarıq görünür.
Darçın həm də antioksidant, iltihab əleyhinə, diabet və ürək-damar xəstəlikləri riskini azaldan faydalı tərkibə malikdir və kakao və qəhvəyə əlavə edilə bilər.
R.İmanov