AZ

7 günlük matəm elan olunub

Cebheinfo saytından alınan məlumata görə, ain.az bildirir.

Venesuelada ABŞ-nin Prezident Nikolas Maduronu saxlaması ilə nəticələnən hərbi müdaxilə zamanı həlak olan əsgərlərin xatirəsinə 7 günlük ümummilli matəm elan edilib.

"Cebheinfo.az" xəbər verir ki, Venesuela Ali Məhkəməsinin (TSJ) qərarı və ordunun dəstəyi ilə müvəqqəti dövlət başçısı vəzifəsini icra edən Prezident Maduronun müavini Delsi Rodrigesin çıxışı paytaxt Karakasda dövlət televiziyası VTV vasitəsilə canlı yayımlanıb.

Rodriges bildirib ki, ABŞ-nin müdaxiləsi nəticəsində həyatını itirən gənc əsgərlərin xatirəsinə 7 günlük matəm elan olunub. O, çıxışında bu sözləri deyib: 

“Bu gənclər Venesuelanı və Prezident Nikolas Maduronu müdafiə edərkən həyatlarını fəda etdilər. Biz onlara borcluyuq. Hərəkətsiz bədənlərinin görüntüləri qəlbimi sızlatdı, lakin bilirəm ki, onlar bu respublikanın ən ali dəyərləri uğrunda canlarından keçdilər”.

Məlumata görə, ABŞ-nin Venesuelaya hərbi müdaxiləsi zamanı 32 Kuba əsgəri və 24 venesuelalı təhlükəsizlik əməkdaşı həlak olub.

Nigar Hacılı 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
59
1
cebheinfo.az

2Mənbələr