AZ

ABŞ təyyarələrini Britaniyadakı bazalara köçürüb

ain.az, Gununsesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ Böyük Britaniyadakı hava bazalarına hərbi texnika yerləşdirib.

Gununsesi.info xəbər verir ki, bu barədə “The Times” qəzeti məlumat yayıb.

Qəzetin mənbələri bildirir ki, ABŞ Hərbi Hava Qüvvələrinə məxsus gəmilər şənbə günü Suffolk və Gloucestershire qraflıqlarında yerləşən üç Kral Hərbi Hava Qüvvələri bazasına eniş edib.

Bildirilir ki, bazalara 14 ədəd C-17 Globemaster hərbi-nəqliyyat təyyarəsi və iki ağır silahlanmış AC-130J Ghostrider təyyarəsi yerləşdirilib.

Məlumata görə, bu təyyarələrdə beş MH-60M Black Hawk və bir MH-47G Chinook helikopteri daşınıb. Qeyd olunur ki, sözügedən texnika əsasən xüsusi əməliyyatlar üçün istifadə edilir.

Orxan

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
154
icma.az

1Mənbələr