
Avropa son onilliklərin ən sərt qışlarından birini yaşayır. Artıq bir neçə gündür davam edən intensiv qar yağışı və Arktik mənşəli dondurucu soyuq hava qitənin böyük hissəsində normal həyatın axarını ciddi şəkildə pozub.
Niderland, Fransa, Böyük Britaniya, Almaniya, Belçika və Balkan ölkələri ən çox təsirlənən bölgələr sırasındadır. Yollar bağlanıb, qatar və ictimai nəqliyyatda fasilələr yaranıb, məktəblər müvəqqəti dayandırılıb.Təkcə Amsterdam Schiphol hava limanında iki gün ərzində 2 500-dən çox uçuş ləğv olunub, Paris və digər iri Avropa hava limanlarında da yüzlərlə reys iptal edilib.
Şarl de Qoll adına Paris aeroportunda qar yağması səbəbindən təxminən 100, Orli aeroportunda isə təxminən 40 reys ləğv edilib.
Bu barədə Fransanın nəqliyyat naziri Filipp Tabaro bildirib.
Onun sözlərinə görə, Parisdə davam edən əlverişsiz hava şəraiti səbəbindən aviareyslərın ləğv edilməsi hələ əvvəlki gündən gözlənilirdi.
Məlumata görə, Fransanın şimal-qərb ərazisinin geniş hissəsində avtomobil, hava və dəmir yolu şəbəkələrinin, eləcə də ictimai nəqliyyatın işində fasilələr müşahidə olunur. 38 departamentdə "narıncı" təhlükə səviyyəsi elan edilib.
Ölkədə ümumi uzunluğu 1 600 kilometrdən çox olan tıxaclar yaranıb, bunlardan təxminən 950 kilometri İl-de-Frans regionundadır.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta