AZ

Qar üzərində “ÜRƏK”: Xizəkçilər faciə qurbanlarını belə ANDILAR – VİDEO

İsveçrədə xizəkçilər yanğın qurbanlarının xatirəsini “canlı ürək”lə yad ediblər.

İnterpress.az xəbər verir ki, İsveçrədə xizəkçilər bir araya gələrək təsirli anlar yaşadıblar.

Məlumata görə, onlar Yeni il şənliyi zamanı ölkənin kurort zonalarından birindəki barda baş verən yanğın nəticəsində həlak olan onlarla insanın xatirəsini yad etmək üçün toplaşıblar.

Xizəkçilər qarın üzərində düzülərək böyük ürək simvolu yaradıblar.

Xatırladaq ki, cari ilin yanvarın 1-nə keçən gecə İsveçrənin mərkəzində yerləşən məşhur Kran-Montana xizək kurortunun barında yanğın baş verib. Yanvarın 2-də polis 40 nəfərin öldüyünü və 119 nəfərin yaralandığını bildirib.

Həlak olanlar arasında 21 İsveçrə, doqquz Fransa, altı İtaliya, bir Belçika, bir Portuqaliya, bir Rumıniya və bir Türkiyə vətəndaşı var.

Prokurorluq adam öldürmə maddəsi ilə ittiham olunan müəssisənin iki sahibinə qarşı cinayət işi açıb.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
30
interpress.az

1Mənbələr