AZ

 Oulu və Trençin 2026-cı il üçün Avropa mədəniyyət paytaxtları olacaq  

Avropa Komissiyasının (AK) açıqladığı kimi, Finlandiyanın Oulu və Slovakiyanın Trençin şəhərləri 2026-cı il üçün Avropa mədəniyyət paytaxtları seçilib.

Avropa Komissiyasının dəstəyi ilə bu iki şəhər il ərzində Aİ ölkələrinin zəngin mədəniyyətlərini nümayiş etdirən mədəni tədbirlərə, sərgilərə və tamaşalara evsahibliyi edəcək.

Ouluda mədəniyyət paytaxtı ilinin açılış mərasimi 16-18 yanvar tarixlərində keçiriləcək. Avropa Komissiyasının məlumatına görə, "Mədəniyyət və İqlim Dəyişikliyi" mövzusuna həsr olunmuş proqram "mövcud qlobal çağırışlara" toxunur.

Trençin 13-15 fevral tarixlərində açılış festivalına evsahibliyi edəcək. "Maraq Oyanışı" mövzusu ətrafında qurulan festival proqramı "insanların, keçmişlə gələcək arasında və təxəyyüllə reallıq arasında körpülər yaratmağı" hədəfləyir.

Avropa Komissiyasının kommünikesində qeyd edildiyi kimi, "40 ildir ki, Avropa mədəniyyət paytaxtları təşəbbüsü Aİ şəhərlərinə mədəni müxtəlifliyi qeyd etmək, icmaları mədəni proqramlara cəlb etmək, habelə yerli və regional inkişafı təşviq etmək imkanı yaradıb."

Rizvan CƏFƏROV,

"Azərbaycan"

Seçilən
44
azerbaijan-news.az

1Mənbələr