Günün ikinci yarısında aktiv olanlarda demensiya riski daha yüksəkdir.
İnterpress.az xəbər verir ki, yeni araşdırma günün ikinci yarısında daha aktiv olan insanların demensiyadan əziyyət çəkə biləcəyini üzə çıxarıb. Məlum olub ki, “səhər quşları”nda bu xəstəliyin inkişaf riski iki dəfə azdır.
Tədqiqat zamanı iştirakçıların koqnitiv sağlamlığı üç il ərzində izlənilib.
Ürək döyüntüsünü ölçən monitorlar vasitəsilə 12 gün ərzində onların sirkad (bioloji) ritmləri qeydə alınıb. Nəticələr göstərib ki, aktivlik pik saatı 14:15 və ya daha gec olan şəxslərdə demensiyanın inkişaf riski, günün daha erkən saatlarında aktiv olanlara nisbətən 45 faiz yüksəkdir.
Sirkad ritminin gücü ilə əlaqə daha qabarıq olub: zəif və fraqmentli ritmə malik insanlarda risk 2,5 dəfə çoxdur.
Ekspertlər ehtimal edirlər ki, gec aktivlik orqanizmin daxili saatı ilə xarici siqnallar (məsələn, işıq) arasındakı uyğunsuzluqdan xəbər verir. Bu pozuntu yuxuya, hormonal fona mənfi təsir göstərə və sistemli iltihaba səbəb ola bilər.
Xuraman Etibarlı
İnterpress.az